×
A
A
A
Sazlamalar

UNEC-də “Elm həftəsi”: 5 gün, 5 aktual mövzu

Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) oktyabrın 21- 25-də “Elm həftəsi” keçiriləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Elm həftəsi” çərçivəsində 5 tədqiqat mərkəzinin - Avropa İqtisadiyyatı Mərkəzinin, Ermənistan İqtisadiyyatını Araşdırma Mərkəzinin, Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin, Ekonofizika Tədqiqat Mərkəzinin və Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin profilinə uyğun mövzulara həsr olunan müzakirələr aparılacaq. Tədbirlərdə “Avropa İttifaqı ətraf mühit siyasəti, qazlaşdırma və Qlobal Cənubla iqtisadi əlaqələrin rolu”, “Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri”, “Səhiyyənin maliyyələşdirilməsində beynəlxalq təcrübə və onun Azərbaycan icbari tibbi sığorta sisteminə tətbiqi imkanları”, “Enerji daşıyıcılarının qiymətinə ekonofizik baxış” və “Bir kəmər bir yol: Azərbaycan iqtisadiyyatı üçün nələr vəd edir?” mövzuları üzrə məruzələr dinləniləcək.

Elm və təhsil 2019-10-15 16:29:00