×
A
A
A
Sazlamalar

Azərbaycan Universitetində “Web of Science” elmi platformasından istifadəyə dair baza təlimi keçirilib

Bakı, 15 oktyabr, AZƏRTAC 

Azərbaycan Universitetində “Web of Science” elmi platformasından istifadə ilə bağlı baza təlimi keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, təlim “Web of Science” platformasında effektiv axtarış aparmağın yolları, elmi məqalələri təqdim etmək üçün jurnalların seçilməsi, “Yırtıcı jurnal”larla bağlı problemlər, müəlliflərin “Publons”da ResearcherID profili və elmi məhsuldarlıqla bağlı digər müəllif indentifaktorları haqqında mövzuları əhatə edib.
“Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjinanın apardığı təlimdə universitetin müəllim heyəti, magistrant, doktorant və dissertantları iştirak ediblər.
Təlimdə mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Elm və təhsil 2019-10-15 16:14:00