×
A
A
A
Sazlamalar

Konqoda An-72 təyyarəsinin qəzaya uğradığı yerdə dörd cəsəd aşkarlanıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Mütəxəssislər Konqo Demokratik Respublikasında An-72 hərbi yük təyyarəsinin qəzaya uğradığı yerdə dörd nəfərin cəsədini aşkarlayıblar.
AZƏRTAC yerli “Actualite” nəşrinə istinadla xəbər verir ki, bu barədə ölkə prezidentinin dəftərxanası məlumat yayıb. Təyyarənin qalıqları Sankuru əyalətinin Kole şəhəri yaxınlığında tapılıb. Məlumata görə, pilot kabinəsinin aşkarlanması aviasiya qəzasının təhqiqatını sürətləndirə bilər.
Xatırladaq ki, Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekediyə xidmət edən və göyərtəsində səkkiz nəfərin olduğu An-72 tipli hərbi yük təyyarəsi ölkənin şərqində qəzaya uğrayıb. Oktyabrın 10-da yerli vaxtla saat 13:32-də Goma şəhər aeroportundan havaya qalxan təyyarə saat 16:43-də Kinşasada yerə enməli idi. Lakin bir saatdan sonra təyyarə ilə əlaqə kəsilib və o, radarlardan itib.
İnsident zamanı təyyarənin göyərtəsində prezidentin mühafizə xidmətinin üç əməkdaşı, onun şəxsi sürücüsü və dörd ekipaj üzvü, o cümlədən iki rusiyalı pilot olub.

 

Dünya 2019-10-15 16:27:00