Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104010746 ISIN-li, 25 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 91.7846 AZN (9.0000 faiz) və 94.3689 AZN (6.0000 faiz) olan 18 sifariş təqdim olunub.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93.9720 (6.4500 faiz), orta ölçülmüş qiyməti 94.0594 (6.3505 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 81 milyon 854 min 800 AZN, yerləşdirilmiş həcmi isə 25 milyon manat təşkil edib. İstiqrazlar 2020-ci il oktyabrın 13-də ödəniləcək.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb