×
A
A
A
Sazlamalar

İqtisadiyyat İnstitutunun saytı 100-dən çox ölkədə izlənilir

Bakı, 15 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun saytına (economics.com.az) baxış sayı yarım milyonu keçib.
İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin internet saytı dünyanın 109 ölkəsindən izlənilir. Sayta izləyicilər daha çox ABŞ, Rusiya, Türkiyə, Ukrayna, Böyük Britaniya, Çin, Gürcüstan, İran, Almaniya və Belarusdan daxil olurlar.
Xatırladaq ki, economics.com.az saytında 800-dən artıq elektron material yerləşdirilib. İnstitutun 2 elmi jurnalının məqalələri ilə yanaşı, alimlərin kitabları, bülletenlər, dissertasiya və avtoreferatların da elektron variantı saytda yer alıb. Bununla yanaşı, institutun bütün yenilikləri, elmi nəşrləri barəsində saytda mütəmadi məlumatlar verilir.

Elm və təhsil 2019-10-15 16:10:00