“Azərbaycan Dəmir Yolları” Sığırlı stansiyasında baş verən hadisə ilə bağlı məlumat yayıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də saat 10:30 radələrində Sığırlı stansiyasında xəsarətlə nəticələnən hadisə baş verib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, yük qatarı stansiyanın tək yolunda hərəkət edən zaman 367-ci kilometrlikdə dəmir yolu xəttini keçmək istəyən şəxsi vurub. Belə ki, maşinist dərhal səs siqnalları verərək tormozlama aparıb. Lakin hadisənin qarşısını almaq mümkün olmayıb.
Elektrovoz Sığırlı kənd sakini, eşitmə qüsurlu Mirzə Talıb oğlu Şəmiyevi vurub. Xəsarət alan şəxs Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO