×
A
A
A
Sazlamalar

BSU-nun tələbələri esse müsabiqəsinin qalibi olublar

Bakı, 15 oktyabr, AZƏRTAC

Bu günlərdə Bakı Slavyan Universitetinin (BSU) kollektivi xoş bir xəbər alıb. BSU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbələri Rusiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilmiş esse müsabiqəsində qalib gələrək diplomla təltif ediliblər.
BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov oktyabrın 15-də esse müsabiqəsinin qalibi olmuş tələbələri – Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovanı qəbul edib. Görüşdə BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev də iştirak ediblər.
Qeyd edək ki, Aygül Mirzoyeva esse müsabiqəsində birinci yerə layiq görülüb.
Görüşdə səfir Mixail Boçarnikov tələbə-gənclərə diplomları təqdim edib, onlara həyatda, təhsildə və sosial fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Elm və təhsil 2019-10-15 14:52:00