Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyənin Mardin şəhərinin Kızıltepe rayonu terrorçular tərəfində top atəşinə tutulub

İstanbul, 15 oktyabr, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında - Fərat çayının şərqində apardığı “Sülh çeşməsi” antiterror əməliyyatı zamanı qardaş ölkənin Mardin vilayətinin Kızıltepe rayonu terrorçular tərəfində top atəşinə tutulub.
AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə atəş nəticəsində xeyli sayda insan xəsarət alıb.
Son məlumatlara görə, antiterror əməliyyatı nəticəsində indiyədək 595 terrorçu zərərsizləşdirilib.
Əməliyyat davam edir.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-10-15 14:34:00