×
A
A
A
Sazlamalar

Türkiyədə İŞİD terrorçuları həbs olunub

Ankara, 15 oktyabr, AZƏRTAC

Türkiyənin təhlükəsizlik qüvvələri İŞİD terror təşkilatına qarşı daha bir uğurlu antiterror əməliyyatı keçirib.
AZƏRTAC xəbər verir ki, İŞİD-lə əlaqəli olduqları aşkarlanan 10 nəfər Ankarada, 4 şübhəli isə Samsunda həbs olunub. Tutulanlar xarici vətəndaşlardır. Onların öz ölkələrinə deportasiya olunması üçün miqrasiya idarələrinə təhvil verildikləri bildirilir.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-10-15 13:56:00