×
A
A
A
Sazlamalar

Hindistanda torpağa basdırılmış körpə üç gün sonra xilas edilib

Bakı, 15 oktyabr, AZƏRTAC

Hindistanda ailə cütlüyü gil qabda torpağa basdırılmış körpəni xilas edib.
AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, Uttar-Pradeş ştatından olan tacir Hiteş Kumar Sirohi həyat yoldaşı ilə birgə doğuş zamanı tələf olmuş qızlarını basdırmaq üçün qəbiristanlığa gediblər. Qəbir qazılarkən təxminən bir metr dərinlikdə içərisində qız uşağı olan gil qab aşkarlanıb.
Ər-arvad tibb işçiləri gəlincə körpənin ağzına pambıqla süd damızdırmağa çalışıb.
Körpə rayon xəstəxanasına çatdırılıb. Həkimlərin sözlərinə görə, qızcığaz təxminən üç gün torpaq altında qalıb və onun xilası əsl möcüzədir. Hazırda körpənin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Ştat polisi körpəni diri-diri basdıran valideynlərin axtarışına başlayıb.

 

Dünya 2019-10-15 13:21:00