×
A
A
A
Sazlamalar

Azərbaycanla Özbəkistanın İKT sahəsində əməkdaşlığının perspektivləri müzakirə edilib

Bakı, 15 oktyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakovla görüşüb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında telekommunikasiya, informasiya texnologiyaları, startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

İKT 2019-10-15 12:33:00