×
A
A
A
Sazlamalar

Türkiyənin Xalqların Demokratik Partiyasından olan bələdiyyə sədrləri nəzarət altına alınıb

İstanbul, 15 oktyabr, AZƏRTAC

Türkiyənin Hakkari şəhərinin və Yüksekova, Nusaybin Erciş rayonlarının Xalqların Demokratik Partiyasından (HDP) olan bələdiyyə sədrləri nəzarət altına alınıb.
AZƏRTAC xəbər verir ki, əməliyyat nəticəsində saxlanılan bələdiyyə sədrləri polis təşkilatının terrorla mübarizə şöbəsinə aparılıb.
Şübhəlilərin evlərində və iş yerlərində aparılan axtarışlar zamanı terror təşkilatlarına aid çox sayda videomateriallar ələ keçirilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

 

Dünya 2019-10-15 11:48:00