×
A
A
A
Sazlamalar

Çində zavodda baş verən partlayışda ölən və yaralananlar olub

Pekin, 15 oktyabr, AZƏRTAC
Çinin cənubundakı Quansi Cuan Muxtar Rayonunda kimyəvi məhsullar istehsal edən zavodda baş verən partlayışda 4 nəfər ölüb, ikisi ağır olmaqla 3 nəfər yaralanıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hadisə Yulin şəhəri ərazisindəki sənaye parkında yerli vaxtla saat 11:15 (Bakı vaxtilə 07:15) radələrində baş verib. Dərhal hadisə yerinə fövqəladə hallarla mübarizə qüvvələri və təcili yardım briqadaları cəlb olunub.
Hazırda ərazidə baş verən yanğının söndürülməsi prosesi davam edir. Ölü və yaralı sayının çoxalma ehtimalı var.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2019-10-15 10:45:00