×
A
A
A
Sazlamalar

Paytaxtın bəzi küçə və yollarında rənglənmə işləri görüləcək

Bakı, 15 oktyabr, AZƏRTAC 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə oktyabrın 15-də axşam saatlarınadək Xocasən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarında, gecə saatlarında isə Nərimanov rayonu ərazisindəki Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində, həmçinin Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sürücülərdən sözügedən küçə və yollarda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2019-10-15 10:36:00