Xalq artisti Elçin Əzizov Rusiya Böyük Teatrında “Qaratoxmaq qadın” operasında çıxış edəcək
Bakı, 15 oktyabr, AZƏRTAC
Noyabrın 28-30-da Rusiya Dövlət Akademik Böyük Teatrında P.Çaykovskinin “Qaratoxmaq qadın” operası oynanılacaq.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, noyabrın 28-də və 30-da səhnə əsərində Tomskinin partiyasını Azərbaycan Respublikasının Xalq artisti Elçin Əzizov ifa edəcək.
2008-ci ildən Böyük Teatrın solisti olan Elçin Əzizov P.Çaykovskinin “İolanta”, S.Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, J.Bizenin “Karmen”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.
Teatr forumunun vaxtı dəyişdirilib
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
Operasevərlər üçün “Bohema” növbəti dəfə