×
A
A
A
Sazlamalar

Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Bakı, 15 oktyabr, AZƏRTAC

Dekabrın 11-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Jan-Filip Ramonun “Kralın əyləncəsi” baleti nümayiş olunacaq.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Kral obrazını Azərbaycan Respublikasının Əməkdar artisti Timur Əsgərov canlandıracaq.
Baletin premyerası 2015-ci ildə Mariya Teatrında olub.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət və Ukrayna Milli Akademik opera və balet teatrlarında çalışıb. O, 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Teatrın truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Teatr və kino 2019-10-15 00:16:00