×
A
A
A
Sazlamalar

Builki Afina marafonunda iştirak üçün 60 min nəfər müraciət edib

Afina, 14 oktyabr, AZƏRTAC

Noyabrın 10-da Afinada keçiriləcək 37-ci marafonda iştirak etmək üçün Yunanıstandan və digər ölkələrdən 60 min nəfər qeydiyyatdan keçib.
AZƏRTAC xəbər verir ki, bunu marafonun təşkilatçıları jurnalistlərə bildiriblər.
Keçən il təşkil olunan marafona 55 min nəfər qatılmışdı. Marafonun ümumi uzunluğu 42 kilometrdir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Dünya 2019-10-14 18:42:00