×
A
A
A
Sazlamalar

Vergilər nazirinin müavini Bərdədə vətəndaşları qəbul edəcək

Bakı, 14 oktyabr, AZƏRTAC 

Vergilər nazirinin müavini Mətin Eynullayev oktyabrın 21-də Bərdə şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Bərdə şəhəri, A.Məmmədov küçəsi) Bərdə, Yevlax, Şəki, Ağdam, Tərtər rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edəcək.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar oktyabrın 14-17-də 11 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Bərdə, Şəki və Tərtər rayon və Mingəçevir şəhər vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də nazirliyin “195-1” Çağrı mərkəzinə zəng etməklə və ya [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Regionlar 2019-10-14 18:17:00