×
A
A
A
Sazlamalar

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ustad dərsi təşkil olunub

Bakı, 14 oktyabr, AZƏRTAC 

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aşpaz ixtisası üzrə təhsil alan tələbələrə Azərbaycan Milli Kulinariya Assosiasiyası və Mərkəzi tərəfindən növbəti dəfə ustad dərsi təşkil olunub.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ustad dərsinin təşkilində məqsəd nəzəri biliklərlə yanaşı, tələbələrdə praktik bacarıqları da inkişaf etdirməkdir.
Tələbələrə ustad dərsini Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü, “SKY Catering” şirkətinin baş aşpazı Timur Pivkin tərəfindən keçib.

Elm və təhsil 2019-10-14 18:09:00