×
A
A
A
Sazlamalar

Gürcüstanda QİÇS virusundan 1611 nəfər dünyasını dəyişib

Tbilisi, 14 oktyabr, AZƏRTAC

Gürcüstanda QİÇS-ə yoluxanların 1611 nəfəri dünyasını dəyişib. Ümumilikdə isə ölkədə 7949 nəfərdə QİÇS-ə yoluxma qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksiya Patologiyası, QİÇS və Kliniki İmmunologiya üzrə Elmi-Praktik Mərkəzi məlumat yayıb.
Məlumatda deyilir ki, xəstəliyə yoluxanların böyük əksəriyyəti - 5961-i kişi, 1988-si isə qadındır. Onların da əksəriyyətini 29-40 yaş qrupuna daxil olan şəxslər təşkil edir.
QİÇS virusuna yoluxanların 4184 nəfərində bu xəstəlik inkişaf edib, 1611 nəfəri isə dünyasını dəyişib.
HİV infeksiyası daşıyıcılarının 47,8 faizi hetero-cinsi əlaqə, 38,5 faizi narkotik vasitələrdən istifadə səbəbindən qalanları isə digər səbəblərdən bu infeksiyaya yoluxub.
QİÇS-ə yoluxanların əksəriyyəti – 2842-si paytaxt Tbilisidə yaşayır.
Qeyd edək ki, qonşu ölkədə QİÇS-ə ilk yoluxma halı 1989-cu ildə qeydə alınıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-10-14 17:45:00