×
A
A
A
Sazlamalar

Maqnussen 2021-ci ilə qədər top-komandaya daxil olmaq niyyətindədir

Bakı, 14 oktyabr, AZƏRTAC

“Haas”ın pilotu Kevin Maqnussen ümid bəsləyir ki, 2021-ci il mövsümündən əvvəl Formula 1-in ən yaxşı komandalarından birinə keçməyə müvəffəq olacaq.
AZƏRTAC xəbər verir ki, Maqnussenin “Haas”la sazişinin qüvvədə olması müddəti 2020-ci il mövsümündən sonra başa çatır.
“GrandPX.news” pilotun bu sözlərini sitat gətirib: “Hiss edirəm ki, top-komandaya keçməyə layiq pilotların siyahısına daxil oluram. Lakin sənin nə hiss etdiyin bir o qədər də vacib deyil. Mən yalnız nəticə əldə edə və ətrafımdakı insanların müəyyən qapıları mənim üzümə aça biləcəklərinə inana bilərəm. Mənim 27 yaşım var. Hesab edirəm ki, bu, yaşla təcrübənin yaxşı vəhdətidir. Mən 2021-ci ildə mümkün olan ən yaxşı yerlərdən birini əldə etmək istəyirəm. İndiki məqamda bu barədə düşünmürəm, lakin sonunda bu barədə düşünməli olacağam”.
Hesabında 20 xal olan Maqnussen mövsümün başa çatmasına dörd mərhələ qalmış şəxsi hesabda 15-ci yeri tutur.

İdman 2019-10-14 17:44:00