×
A
A
A
Sazlamalar

Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşlarla görüşəcəklər

Bakı, 14 oktyabr, AZƏRTAC 

Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev oktyabrın 24-də Mingəçevir şəhərinin və Yevlax rayonunun sakinlərini qəbul edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş saat 10:00-da Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 172) keçiriləcək.
Elə həmin gün nazir müavinləri Firdovsi Əliyev Naftalan şəhərinin və Goranboy rayonunun, Rauf Hacıyev isə Ağdaş rayonunun sakinləri ilə görüşəcəklər.
Vətəndaşların qəbulu saat 10:00-da Naftalan şəhərində Heydər Əliyev Mərkəzində (ünvan: Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 1), Ağdaş rayonunda isə Yeni Azərbaycan Partiyasının inzibati binasında (ünvan: Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 3) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Mingəçevir şəhəri, Müslüm Maqomayev küçəsi, 71) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 024-27-4-68-98, 050-412-52-46, 055-457-02-56) xahiş olunur.

Ekologiya 2019-10-14 16:54:00