×
A
A
A
Sazlamalar

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda rezidentlərlə görüş olub

Bakı, 14 oktyabr, AZƏRTAC

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADTİ) 2019-2020-ci tədris ilində rezidenturaya qəbul olunmuş tələbələrlə görüş keçirilib.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ADTİ-nun rektoru, professor Nazim Qasımov rezidentlərə institutun keçdiyi tarixi yol haqqında məlumat verib, onun Azərbaycan səhiyyəsində xüsusi yeri olduğundan və müəssisədə çalışan alim və mütəxəssislərin tibb elminə və səhiyyə verdiyi töhfələrdən bəhs edib.
Qeyd olunub ki, Səhiyyə Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə keçirdiyi rezidenturaya qəbul zamanı institutun müxtəlif kafedralarına 20 ixtisas üzrə 93 həkim-rezident qəbul edilib və hazırda rezidentlərin ümumi sayı 291 nəfərdir.
Görüş zamanı rektor rezidentlərə vəzifə və öhdəliklərini xatırladaraq onlara daim öz üzərlərində çalışmağı və təhsil uğurları arzulayıb.

Səhiyyə 2019-10-14 15:47:00