×
A
A
A
Sazlamalar

Elmi-praktiki konfrans ürək çatışmazlığının müalicəsində yeniliklərə həsr olunub

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının ürək-damar mərkəzinin təşkilatçılığı ilə “Ürək çatışmazlığının müalicəsində yeniliklər” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransda tibb üzrə fəlsəfə doktoru Qalib İmanov “Xroniki ürək çatışmazlığının müalicəsində paradiqma dəyişir” mövzusunda məruzə ilə çıxış edərək ürək çatışmazlığı olan xəstələrin müalicəsində yeni tətbiq olunan dərman preparatlarının əhəmiyyətindən danışıb.
Tibb üzrə fəlsəfə doktoru Yasmin Rüstəmovanın “Ən son tədqiqatların ürək xəstələrində istifadə təcrübəsi” və İsmayıl Göyüşovun “Ürək çatışmazlığı xəstələrində aritmiya problemləri və onların həlli yolları” mövzusunda məruzələri dinlənilib.
Müzakirələr zamanı ətraflı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun professoru Rufulla Abdullayev ürək-damar xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasında müasir yanaşmanın vacibliyini qeyd edərək gənc mütəxəssislərə öz tövsiyələrini verib.

Səhiyyə 2019-10-14 15:25:00