×
A
A
A
Sazlamalar

Azərbaycan və Latviyanın daha iki şəhəri qardaşlaşacaq

Riqa, 14 oktyabr, AZƏRTAC 

Valka şəhərinin bələdiyyə sədri Vents Armand Krauklisin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Bakı və Goranboyda görüşlər keçirən bələdiyyə sədri təəssüratlarını bölüşüb. V.A.Krauklis bildirib ki, səfər çərçivəsində keçirilmiş görüşlərdə tərəfləri maraqlandıran məsələlər, xüsusən aqrar sahədə əməkdaşlıq və təcrübə mübadiləsi müzakirə olunub. 2020-ci ildə Azərbaycan nümayəndə heyətinin səfərinin planlaşdırılması və Valka ilə Goranboy arasında qardaşlıq memorandumunun imzalanması barədə razılığa gəlinib.


Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa 

Cəmiyyət 2019-10-14 14:56:00