×
A
A
A
Sazlamalar

İranın Gilan vilayətində yağan aramsız yağış böyük fəsadların yaranmasına səbəb olub

Tehran, 14 oktyabr, AZƏRTAC

İranın Gilan vilayətində yağan aramsız yağış böyük fəsadların yaranmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, ötən gecə yağan aramsız yağış nəticəsində meydana gələn sel evlərə və əkin sahələrinə zərər vurub. Vilayətin bəzi kəndləri ilə mərkəzi bağlayan yollar sıradan çıxıb. Məktəblər və bəzi dövlət idarələri müvəqqəti olaraq fəaliyyətini dayandırıblar.
İran hökuməti təcili tədbirlər həyata keçirməyə başlayıb.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2019-10-14 14:14:00