×
A
A
A
Sazlamalar

İranın Fars əyalətində yeni təbii qaz yatağı aşkarlanıb

Tehran, 14 oktyabr, AZƏRTAC

İranın cənubundakı Fars əyalətində yeni qaz yatağı aşkar edilib.
AZƏRTAC xəbər verir ki, yataq mütəxəssislərin əyalətdə apardığı kəşfiyyat işləri zamanı aşkarlanıb.
İranın Milli Neft və Qaz şirkətinin bu gün yaydığı açıqlamada bildirilir ki, yataqda təxminən 1,2 trilyon kubmetr qaz ehtiyatı var.


Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Dünya 2019-10-14 13:55:00