×
A
A
A
Sazlamalar

Ekvadorda etirazçılar hökumətlə razılığa gəlib

Bakı, 14 oktyabr, AZƏRTAC

Ekvadorda etirazçılar iki həftə davam edən aksiyaları dayandıraraq hökumətlə razılığa gəlib.
AZƏRTAC bu barədə BBC telekanalına istinadla xəbər verir.
“Bu sazişlə Ekvadorun bütün ərazisində səfərbərlik... dayandırılır və biz ölkədə sülhü bərpa etməyi öhdəmizə götürürük”, - hökumət və aksiya liderlərinin birgə bəyanatında belə deyilir.
Ekvador hökuməti isə öz növbəsində yanacaq imtiyazlarının bərpasını vəd edib.
Xatırladaq ki, Ekvador Prezidenti Lenin Morenonun iqtisadi islahatları və yanacağa subsidiyaların ləğv olunması barədə fərmanı səbəbindən ölkədə etiraz aksiyaları başlayıb. İğtişaşlarla müşayiət edilən nümayişlər zamanı 1121 nəfər saxlanılıb, 1340 nəfər xəsarət alıb və azı yeddi nəfər həlak olub.

 

Dünya 2019-10-14 13:04:00