×
A
A
A
Sazlamalar

Yaponiyada keçirilən reqbi üzrə dünya çempionatının dörddəbir finalçıları müəyyənləşib

Tokio, 14 oktyabr, AZƏRTAC

Yaponiyada keçirilən reqbi üzrə dünya çempionatının dörddəbir finalçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, çempionatın sonuncu dörddəbir finalçısı güclü Şotlandiya komandasına 28:21 hesabı ilə qalib gələn Yaponiya yığması olub.
Dörddəbir final mərhələsinin oyunları oktyabrın 19-da İngiltərə-Avstraliya yığmalarının görüşü ilə başlayacaq. Bundan sonra Yeni Zelandiya komandası İrlandiya yığması ilə görüşəcək. Oktyabrın 20-də isə Uels və Fransa, Yaponiya və Cənubi Afrika milliləri qarşılaşacaqlar.
Xatırladaq ki, reqbi üzrə dünya çempionatı dörd ildən bir keçirilir. İlk belə çempionat 1987-ci ildə təşkil olunub. Sonuncu mundialın qalibi Yeni Zelandiya olub. Yeni zelandiyalılar hamıdan çox – iki dəfə çempion adını qazanıblar.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-10-14 11:49:00