×
A
A
A
Sazlamalar

Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının sədri Masallıda vətəndaşları qəbul edəcək

Bakı, 14 oktyabr, AZƏRTAC 

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 18-də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev Masallı rayonunda vətəndaşları qəbul edəcək.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulu saat 11:00-da Masallı Rayon Məhkəməsində (ünvan: Masallı şəhəri, Heydər Əliyev prospekti 87) başlayacaq.
Vətəndaşlar qəbula Ali Məhkəmədə, Masallı Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 050 245-54-85 əlaqə nömrələri və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Cəmiyyət 2019-10-14 11:36:00