×
A
A
A
Sazlamalar

Mobil telefon və aksesuarlarının ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 27 ədəd mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının “BMW 523” və “QAZ 31105 120” markalı avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 2 ədəd “Samsung Galaxy A 10”, 10 ədəd “Odscn B 350 E”, 5 ədəd “Kgtel E1200”, 10 ədəd “New Bee” markalı mobil telefon, 119 ədəd qidalandırıcı, 18 ədəd USB və 24 ədəd mobil telefon üçün qutu aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2019-10-14 10:45:00