×
A
A
A
Sazlamalar

Qaradağ rayonunda bir qrup abonentin təbii qaz təchizatı dayandırılacaq

Bakı, 14 oktyabr, AZƏRTAC

Bu gün saat 12:00-dan Qaradağ rayonu, Korgöz, AZNS, Qızıldaş qəsəbələrində bir qrup abonentin və bir neçə mühüm əhəmiyyətli obyektin qaz təminatında fasilələr yaranacaq. Bu zaman “Puta” qazpaylayıcı stansiyası ərazisində qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yararsız vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri icra olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Neft - qaz 2019-10-14 10:30:00