×
A
A
A
Sazlamalar

Bu gün iqtisadiyyat sahəsində 2019-cu il üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq

Stokholm, 14 oktyabr, Rauf Əliyev, AZƏRTAC

Oktyabrın 14-də Stokholmda baş tutacaq xüsusi tədbirdə 2019-cu il üzrə Alfred Nobel xatirəsinə həsr olunan, iqtisadiyyat sahəsində Nobel mükafatı laureatının adı ictimaiyyətə elan olunacaq.
AZƏRTAC xəbər verir ki, laureatı hər il İsveç Kral Elmləri Akademiyası tərəfindən seçilən mükafat iqtisadi elmlər sahəsində ən nüfuzlu mükafat hesab olunur.
Qeyd etmək lazımdır ki, digər sahələrdən fərqli olaraq iqtisadiyyat üzrə Nobel mükafatı Alfred Nobelin vəsiyyətində yer almayıb. Belə ki, bu mükafat, İsveç bankının 300 illiyi münasibətilə həmin bank tərəfindən təsis olunub və ilk dəfə 1969-cu ildə verilib.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm 

Dünya 2019-10-14 09:54:00