×
A
A
A
Sazlamalar

İngiltərə ərazisində güclü yağışlar və daşqınlar proqnozlaşdırılır

London, 14 oktyabr, AZƏRTAC

İngiltərə ərazisində güclü yağışlar və daşqınlar proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, ölkənin Hidrometeorologiya Departamenti gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı məlumat yayıb. Departament Cənub Qərbi Midlands və Şərqi Yorkşir hissələri arasında 42 sel hadisəsi olacağı ilə bağlı xəbərdarlıq edib.
London, Mançester, Birminhem, Notinqem, Oksford və Portsmut kimi şəhərlər də xəbərdarlıq edilən bölgələrə daxildir.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2019-10-14 08:06:00