Haramı düzündə bir ədəd top mərmisi aşkarlanıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də saat 18:02-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonu, Haramı düzü ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, məlumata əsasən ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə Haramı düzünün Yeni Qaradolaq kəndinə düşən hissəsində əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 millimetrlik top mərmisi (OF-26) aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 50 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO