×
A
A
A
Sazlamalar

Polşada parlament seçkiləri keçirilir

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də Polşada parlament seçkiləri keçirilir.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, səsvermə nəticəsində Seymə 460, Senata isə 100 deputat seçilməlidir.
Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və saat 21:00-da bağlanacaq.
Polşa Dövlət Seçki Komissiyasının məlumatına görə, ölkədə səsvermə hüququna malik 30 milyon 111 min 281 seçici var.

Dünya 2019-10-13 10:31:00