×
A
A
A
Sazlamalar

Özbəkistanda keçiriləcək parlament seçkilərində ölkədəki beş siyasi partiyanın hamısı iştirak edəcək

Daşkənd, 12 oktyabr, АZƏRTAC

Dekabrın 22-də Özbəkistanda keçiriləcək parlament seçkilərində ölkədə fəaliyyət göstərən beş siyasi partiyanın hamısı iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, Özbəkistan “Milli Dirçəliş” Demokratik, Xalq-Demokratik, Liberal-Demokratik, “Ədalət” Sosial-Demokrat partiyaları və Ekoloji Partiya seçkilərdə iştirakla bağlı sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bundan sonra beş gün ərzində partiyaların sənədləri yoxlanacaq və müvafiq qərar qəbul olunacaq.
Konstitusiyaya uyğun olaraq, seçkilərə qatılmaq üçün hər partiya 40 min seçici imzası toplamalıdır.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2019-10-12 22:44:00