×
A
A
A
Sazlamalar

Türkiyə hökuməti İŞİD terrorçularının aqibəti ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyinə həssas yanaşır

Ankara, 12 oktyabr, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyadakı PKK/PYD-YPG qruplaşmalarına qarşı həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatı zamanı tutulan İŞİD terrorçularının təmizlənmiş bölgələrdə saxlanılması davam etdiriləcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, Türkiyə hökuməti İŞİD terrorçularının aqibəti ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyinə həssas yanaşır. Suriyada tutulan xarici terroristlərin, onların ailələrinin və uşaqlarının vətəndaşı olduqları ölkələr tərəfindən qəbul edilməsi, mühakimə olunması və reabilitasiyası dəqiq müəyyənləşməlidir.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-10-12 18:58:00