×
A
A
A
Sazlamalar

Zərdabda 4 kəndin təbii qaz təminatında fasilə yaranıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Zərdab rayonunun Alıcanlı 1, Alıcanlı 2, Çallı, Məlikumudlu kəndlərini təbii qazla təmin edən 160 millimetr diametrində yeraltı orta təzyiqli qaz kəmərini qazıntı işləri aparılan texnika ilə zədələyiblər. Saat 15:00-dan 4 kənddə xeyli sayda abonentin qaz təminatında fasilə yaranıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Regionlar 2019-10-12 18:22:00