×
A
A
A
Sazlamalar

Sərnişinə qarşı soyğunçuluq törətmiş taksi sürücüsü saxlanılıb

Bakı, 12 oktyabr, AZƏRTAC 

Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə müraciət edən qadın sakin oktyabrın 11-də saat 1 radələrində metronun “Neftçilər” stansiyasının yaxınlığında “Renault” markalı avtomobilə sərnişin qismində əyləşərək Dədə Qorqud qəsəbəsinə getdiyini, qəsəbə ərazisində isə sürücünün onu hədələyib 120 manat pulunu aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Məmmədov əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisə 2019-10-12 17:58:00