×
A
A
A
Sazlamalar

Halledə nişançının məqsədi müəyyən olunub

Berlin, 12 oktyabr, AZƏRTAC

Almaniyanın Saksoniya-Anhalt federal əyalətinin 27 yaşlı sakini Ştefan B. Halle şəhərində törədilmiş terror aktında əsas şübhəli bilinib.
AZƏRTAC xəbər verir ki, onun hərəkətləri sağ-ekstremist yönümlü terrorizm kateqoriyasına aid edilib. İstintaq aparan hüquq mühafizə orqanlarının sərəncamına cinayətkarın dəbilqəsinə bərkidilmiş kameradan videoyazı keçib. Videoyazıda yəhudilərin və türklərin ünvanına təhqiramiz sözlər eşidilib.
Şübhəlinin maşınında dörd kiloqram trotil və əldəqayırma silah aşkar edilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Dünya 2019-10-12 15:15:00