×
A
A
A
Sazlamalar

Suriyanın Rasulayn şəhəri terrorçulardan azad edilib

İstanbul, 12 oktyabr, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində apardığı “Sülh çeşməsi” antiterror əməliyyatının başlamasının dördüncü günü Suriyanın Rasulayn şəhəri terrorçulardan azad edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Hazırda Tel Abyad şəhərindəki terrorçulara aid sığınacaqların vurulması istiqamətində əməliyyatlar davam edir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-10-12 14:42:00