×
A
A
A
Sazlamalar

İndiyədək 6,7 mindən çox Qarabağ əlili mənzil, 6, 3 min nəfərdən çoxu isə avtomobillə təmin olunub

Bakı, 12 oktyabr, AZƏRTAC

Ölkəmizdə Qarabağ müharibəsində iştirak edərək müxtəlif əlillik dərəcəsi almış 11 min 306 nəfər əlil var. Onlardan 881 nəfəri I, 8 min 194 nəfəri II, 2 min 231 nəfəri III qrup əlildir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək Qarabağ əlillərindən 6 min 764 nəfəri mənzillə, 6 min 350 nəfəri minik avtomobili ilə təmin olunub.

Sosial 2019-10-12 14:09:00