Hulusi Akar: Türkiyə hərbçiləri Suriyada ABŞ əsgərlərinə atəş açmayıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Kobani şəhəri yaxınlığında amerikalı hərbçilərə atəş açmadığını deyib.
AZƏRTAC bu barədə Anadolu informasiya agentliyinə istinadla xəbər verir.
“ABŞ və ya beynəlxalq koalisiya əsgərlərinin atəşə tutulmasından söhbət gedə bilməz. Biz ABŞ tərəfi ilə koordinasiyalı fəaliyyət göstəririk”, - deyə Hulusi Akar bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Pentaqonun rəsmi nümayəndəsi oktyabrın 11-də yerli vaxtla təxminən saat 21:00-da Amerika hərbçilərinin Kobani rayonunda Türkiyə artilleriyasının atəşinə məruz qaldığı, lakin insident nəticəsində xəsarət alanların olmadığı barədə məlumat yaymışdı.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır