×
A
A
A
Sazlamalar

Yaponiyada Tama çayı təxliyə xəbərdarlığı səviyyəsinə çatıb

Tokio, 12 oktyabr, AZƏRTAC

Yaponiya Torpaq Ehtiyatları Nazirliyi və Meteorologiya Agentliyi Tokionun mərkəzi hissəsindən keçən Tama çayının səviyyəsinin ətrafda yaşayan əhali üçün təhlükəli səviyyəyə çatması barədə xəbərdarlıq yayıb.
AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri xəbər verir ki, çayın yerli vaxtla saat 13:50-də Çofu şəhərində yerləşən hissəsində xəbərdarlıq səviyyəsinədək qalxdığı bildirilir.
Həmin səviyyə yerli hakimiyyət orqanları tərəfindən xəbərdarlıq işarəsi kimi qəbul edilir və bu zaman onlar ətrafda yaşayan əhalini təxliyə olunmağa çağırırlar. Hazırda çayın səviyyəsinin qalxmaqda davam etdiyi bildirilir.
Nazirlik və agentlik çay boyunca yaşayan 13 rayonun sakinlərini hazır olmağa çağırıblar.
Həmin rayonlara Çofu ilə yanaşı Haçiyoci, Hino, Taçikava, Ome, Fuçu, Akişima, Kunişaçi, Fussa, Komae, Tama, Hamura və Akurino şəhərləri daxildir. Əlavə olaraq bildirək ki, agentliyin Yaponiya üzrə xüsusi müxbiri adı həmin rayonlar siyahısında qeyd edilən Hino şəhərində yaşayır.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-10-12 12:50:00