×
A
A
A
Sazlamalar

“Sülh çeşməsi” antiterror əməliyyatı zamanı media nümayəndələrinə qarşı daha bir hücum olub

İstanbul, 12 oktyabr, AZƏRTAC
Türkiyənin Şanlıurfa şəhərinin Akçakale rayonunda “Sülh çeşməsi” antiterror əməliyyatının gedişi barədə operativ məlumat verən jurnalistlərin qaldığı otelin yaxınlığına Suriya istiqamətindən raket atılıb.
AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
Son məlumatlara görə, davam edən "Sülh çeşməsi" antiterror əməliyyatı zamanı indiyədək Türk Silahlı Qüvvələrinin dörd əsgəri şəhid olub, 420-yə yaxın terrorçu zərərsizləşdirilib.
Əməliyyatlar uğurla davam etdirilir.

 

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-10-12 12:28:00