Azərbaycan Texniki Universitetində “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı olub
Bakı, 12 sentyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) I kurs tələbələri üçün Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə proqramın əhəmiyyətindən danışılıb və gənclərə bu layihədə fəal iştirak etmək tövsiyə edilib.
Qeyd olunub ki, proqram Azərbaycan tələbələrinin könüllülük fəlsəfəsi, prinsipləri, dəyərləri çərçivəsində dostluq şəbəkəsidir. Proqramın bir-birindən maraqlı tədbirləri gənclərə bilik və bacarıqlar əldə etməyə, digər insanlara yardım əlini uzatmağa imkan yaradır.
İki gün davam edən tədbirdə gənclərin iştirakı ilə müxtəlif intellektual oyunlar keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.
Sonda tələbələrin sualları cavablandırılıb.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır