×
A
A
A
Sazlamalar

Donald Tramp ABŞ ilə Çin arasında ticarət danışıqlarının birinci mərhələsinin başa çatdığını elan edib

Vaşinqton, 11 oktyabr, AZƏRTAC

Prezident Donald Tramp Birləşmiş Ştatlar ilə Çin arasında ticarət danışıqları çərçivəsində sazişin qismən əldə edildiyini açıqlayıb. Tramp bildirib ki, bir ildən çox dünya iqtisadiyyatında mövcud olan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəldilmiş danışıqların birinci mərhələsinin başa çatmasına dair tərəflər arasında razılıq əldə olunub. Tarif müharibələri nəticəsində iki ölkə arasında yaranmış qeyri-müəyyənlik qlobal səviyyədə iqtisadi inkişafın yavaşımasına gətirib çıxarıb.
AZƏRTAC xəbər verir ki, Tramp administrasiyasının bu ay Çin mallarının idxalı üçün nəzərdə tutduğu tariflərin yeni raundu qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Tramp Çin Baş Nazirinin müavini Lyu He ilə Ağ Evdə görüşü zamanı deyib: “Çinlə danışıqlarımızdan mühüm heç nə yoxdur. Biz sazişin əhəmiyyətli mərhələsinə yaxınlaşmışıq”.
Tramp daha əvvəl, bu ilin əvvəlində He ilə görüşdüyü zaman onlar razılığa gələ bilməyiblər. Prezident Tramp Twitter səhifəsində “yaxşı işlər baş verir” sözlərini yazandan sonra fond birjalarında səhmlərin qiymətləri kəskin artıb.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2019-10-12 11:40:00