×
A
A
A
Sazlamalar

“EduExpo” çərçivəsində “Azərbaycanda Erasmus+” mövzusunda təqdimat keçirilib

Bakı, 12 oktyabr, AZƏRTAC
Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi (“EduExpo”) çərçivəsində "Azərbaycanda Erasmus+" mövzusunda təqdimat olub.
AZƏRTAC xəbər verir ki, təqdimatı Azərbaycanda Milli "Eràsmus +" ofisinin direktoru Pərviz Bağırov edib. O, "Erasmus+" proqramının Azərbaycan universitetləri üçün verdiyi imkanlar, mövcud proqramlar və onlara qəbul şərtləri ilə bağlı ali məktəb nümayəndələrini məlumatlandırıb.
Pərviz Bağırov bildirib ki, "Erasmus+" Avropa İttifaqının xaricdə təhsil almaq üçün gənclərə dəstək olan ən böyük təhsil proqramıdır. Proqram Azərbaycandan hər il 1000 nəfərə xaricdə pulsuz təhsil almaq imkanı verir. "Erasmus+" ofisi ölkəmizdə təhsil siyasətinin inkişafını yaxından izləyir.
İnteraktiv şəkildə təşkil olunan təqdimatda iştirakçıların sualları cavablandırılıb.

Elm və təhsil 2019-10-12 11:22:00