×
A
A
A
Sazlamalar

İpək Yolu ölkələrinin gənc sahibkarları Çində bir araya gələcəklər

Bakı, 11 oktyabr, AZƏRTAC 

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Ümumçin Gənclər Federasiyasının birgə təşkilatçılığı ilə
oktyabrın 15-19-da Çinin Pekin şəhərində Asiya-Afrika Gənc Sahibkarlar Forumu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, layihə 600 nəfərə yaxın gəncin iştirak etdiyi Asiya-Afrika Gənclər Festivalı çərçivəsində həyata keçiriləcək. Forumda 30 ölkədən 70 gənc iştirak edəcək.
Qeyd edək ki, layihənin əsas məqsədi gənc sahibkarlara və startapçılara sahibkarlığın inkişafına dəstək olmaq, gənc sahibkarların davamlı ünsiyyət və innovativ ideyaları həyata keçirmək bacarıqlarını inkişaf etdirmək, təcrübə mübadiləsi üçün vahid platforma yaratmaqdır. Tədbirdə, həmçinin gənclərə öz bizneslərini inkişaf etdirmələri üçün bir sıra imkanlar təklif olunacaq.

Sosial 2019-10-11 21:20:00